Romanın keçmiş papası XVI Benedikt ağır xəstədir və vəziyyəti daha da pisləşib.
Modern.az xəbər verir ki, bunu çərşənbə günü səhər Vatikanda çıxış edərkən hazırkı papa Fransisk bildirib.
Katolik Kilsəsinin başçısı dindarlardan təqaüdçü pontifik üçün dua etməyi istəyib.
“Hamınızdan fəxri Papa Benedikt üçün xüsusi dua diləmək istərdim. O, çox xəstədir. Gəlin Tanrıdan ona təsəlli verməsini və Kilsəyə olan sevgisində sona qədər dəstəkləməyi xahiş edək”, - deyən Fransisk Benediktin hansı vəziyyətdə olduğunu açıqlamayıb.
Papanın müraciəti planlaşdırılmamış olub.
Vatikanın mətbuat xidməti təsdiqləyib ki, 95 yaşlı Benediktin vəziyyəti qəfil pisləşib.
XVI Benedikt 2005-ci ildə papalığa yüksəldi, lakin kilsəni idarə etmək üçün gücünün olmadığını elan edərək, 2013-cü ildə vəzifəsini tərk etdi. XVI Benedikt 600 ildə könüllü olaraq istefa verən və Papa fəxri titulu alan ilk pontifik olub.
O, təqaüdə çıxandan bəri Vatikanda yaşayır.
Vatikanın sözçüsü Matteo Bruni jurnalistlərə bildirib ki, Benedikt daimi həkim nəzarətindədir.