Modern.az

İsrailin yeni müdafiə naziri məlum oldu

İsrailin yeni müdafiə naziri məlum oldu

Dünya

28 Dekabr 2022, 19:33

İsrailin yeni hökumətində müdafiə naziri Knessetin (İsrail parlamenti) üzvü, keçmiş təhsil naziri Yoav Qalant olacaq. 

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin baş naziri vəzifəsinə qayıdacaq Likud partiyasının lideri Benyamin Netanyahu məlumat verib.

 

"Növbəti müdafiə naziri - Yoav Qalanta uğurlar!", - Netanyahu "Twitter" səhifəsində yazıb.

 

Qalant yanvarın 2-nə kimi and içə bilər.

 

Yoav Qalant 2020-ci ildən 2021-ci ilə qədər İsrailin təhsil naziri vəzifəsində çalışıb. O, əvvəllər  Ədliyyə və inteqrasiya naziri (2019-2020), tikinti naziri (2015-2019), İsrailin cənub hərbi bölgəsinin komandanı (2005-2010) və İsrail baş nazirinin hərbi katibi (2002-2005) olub.

 

Qeyd edək ki, noyabrın 1-də Knessetə keçirilən seçkilərdə Likud partiyası sağçı mühafizəkar koalisiya ilə birlikdə qalib gəlib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər