Modern.az

Lavrov İran PUA-ları ilə bağlı Qərbdən fakt istədi

Lavrov İran PUA-ları ilə bağlı Qərbdən fakt istədi

29 Dekabr 2022, 11:26

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, İranın Rusiyaya pilotsuz təyyarələr göndərməsi ilə bağlı Qərbin iddiaları əsassız olaraq qalır.
 

Modern.az xəbər verir ki, Lavrov bu barədə “Ria Novosti”yə müsahibəsində bildirib.

"Qərblilər BMT Təhlükəsizlik Şurasında guya İran dronlarının Rusiyaya çatdırılması ilə bağlı hay-küy salıblar. Həmişə olduğu kimi, hər şey "yüksək ehtimal" üslubundadır. Onlar fakt verə bilməz, heç buna cəhd də göstərmirlər”, - Lavrov bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?