Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin arasında videobağlantı vasitəsilə görüş olacaq.
Modern.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.
O bildirib ki, görüş sabah - 30 dekabr tarixində, günün birinci yarısında baş tutacaq.
Məlumata görə, söhbət zamanı regional və ikitərəfli münasibətlər müzakirə olunacaq.