Estoniyanın keçmiş baş naziri və Tallin şəhərinin keçmiş meri Edqar Savisaar 73 yaşında vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Err portalı məlumat yayıb.
Savisaar İda-Tallinn Mərkəzi Xəstəxanasının Nevrologiya şöbəsində müalicə olurdu. Məlumatda siyasətçinin ölüm səbəbi açıqlanmayıb.
Edqar Savisaar Mərkəz Partiyasının sədri, daxili işlər naziri, iqtisadiyyat və kommunikasiyalar naziri vəzifələrində çalışıb, Estoniya Xalq Cəbhəsinin yaradıcılarından biridir. O, 1990-1992-ci illərdə Estoniyanın baş naziri, 2001-2004-cü illərdə və 2007-2017-ci illərdə Tallin şəhərinin meri olub.
Akif İsmayılov