Modern.az

Neymardan Pele ilə bağlı təsirli PAYLAŞIM 

Neymardan Pele ilə bağlı təsirli PAYLAŞIM 

30 Dekabr 2022, 00:27

Braziliya millisinin üzvü Neymar əfsanəvi futbolçu Pelenin vəfatı ilə əlaqədar paylaşım edib.

 

Modern.az xəbər verir ki, paylaşım futbolçunun sosial media hesabında yayılıb.

 

"Peledən əvvəl "10" sadəcə bir rəqəm idi. Bu ifadəni həyatımın bir yerində, haradasa oxumuşdum. Amma bu gözəl ifadə yarımçıqdır. Peledən əvvəl deyərdim ki, futbol sadəcə idmandır. Pele hər şeyi dəyişdi. Futbolu sənətə, əyləncəyə çevirdi", - deyə o qeyd edib.

 

Neymar bildirib ki, Pele kasıbların, qaradərili insanların səsi olub, Braziliyaya görünmə imkanı verib.

 

"Futbol və Braziliya kral sayəsində statuslarını yüksəltdi! O getdi, amma sehri qalacaq. Pele əbədidir" - paylaşımda deyilir.

 

Qeyd edək ki, Pele San-Pauludakı Albert Eynşteyn klinikasında dünyasını dəyişib. 82 yaşlı əfsanəvi futbolçu ötən ildən bəri xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

 

Akif İsmayılov 

Bu xəbər ilə bağlı
Əfsanəvi futbolçu Pele VƏFAT ETDİ 
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?