İndoneziya sahillərində 5,3 bal gücündə zəlzələ olub.
Modern.az xəbər verir ki, zəlzələnin episentri təxminən 840 min nəfər əhalisi olan Padanq şəhərindən 340 kilometr cənub-qərbdə qeydə alınıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə qeydə alınıb.
İtki və dağıntılar barədə məlumat verilməyib.