Türkiyədə İŞİD terror təşkilatına qarşı növbəti əməliyyat keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat ölkənin 2 regionunda eyni vaxtda baş tutub.
Adana və Mersin vilayətində keçirilmiş əməliyyatda ümumilikdə 21 şübhəli şəxs saxlanılıb.
Belə ki, Adanada əməliyyat çərçivəsində 10 nəfər, Mersində isə 1 nəfər Fransa vətəndaşı olmaqla ümumilikdə 11 şübhəli şəxs tutulub.
Məlumata görə, əməliyyata 250-dən çox polis əməkdaşı cəlb olunub. Hazırda saxlanılanlarla bağlı araşdırmalar davam etdirilir.