Modern.az

2022-ci ildə ölən dünya məşhurları - Qorbaçovdan Peleyədək...

2022-ci ildə ölən dünya məşhurları - Qorbaçovdan Peleyədək...

Dünya

30 Dekabr 2022, 10:40

2022-ci il dünyada bir çox hadisələrlə yadda qaldı. Başa vurmağa hazırlaşdığımız il təkcə iqtisadi böhran, gərgin siyasi gedişlərlə deyil, həm də bir neçə dünya şöhrətli insanın ölümü ilə tarixə düşəcək.

 

Modern.az il ərzində həyatdan gedən məşhur şəxslər - aktyor, siyasətçi, idmançı və digərləri haqqında məlumatları təqdim edir.

 

2022-ci ildə dünyasını dəyişən məşhurların siyahısına nəzər salaq:

 

ABŞ-ın məşhur aktyoru, Hollivudun ilk qaradərili idolu Sidni Puatye 6 yanvarda 94 yaşında həyata gözlərini yumdu (doğum tarixi: 1927).

 

 

Amerikalı opera ulduzu Mariya İvinq 9 yanvarda 71 yaşında dünyasını dəyişdi.

 

 

"Oskar" mükafatına layiq görülmüş tanınmış ABŞ aktrisası Sali Kellerman 24 fevralda 84 yaşında vəfat etdi.

 

 

Eternetin ixtiraçılarından biri olan 71 yaşlı Deyvid Boqs fevral ayında həyatla vidalaşdı.

 

 

ABŞ-ın ilk qadın dövlət katibi, 84 yaşlı Madlen Olbrayt 23 martda həyata gözlərini əbədi yumdu.

 

 

Müstəqil Ukraynanın ilk prezidenti 88 yaşlı Leonid Kravçuk 10 may tarixində vəfat etdi.

 

 

BƏƏ-nin məşhur şeyxlərindən olan Xəlifə Bin Zayid Əl Nəhyan mayın 13-də 73 yaşında ölüb.

 

 

Psixoanalizin yaradıcısı Ziqmund Freydin nəvəsi, məşhur avstriyalı pedaqoq Sofiya Freyd iyunun 3-də 98 yaşında vəfat edib.

 

 

Yaponiyanın sabiq baş naziri, 67 yaşlı Şinzo Abde sui-qəsd nəticəsində öldürülüb. Hadisə 8 iyulda baş verib.

 

 

ABŞ-ın eks-prezidenti Donald Trampın keçmiş arvadı, məşhur biznes-ledi, 73 yaşlı İvana Tramp 14 iyulda dünyasını dəyişib.

 

 

Filippinin sabiq dövlət başçısı 94 yaşlı Fidel Ramos iyulun 31-də vəfat edib.

 

 

Əl-Qaidə terror təşkilatının Usama Bin Ladenin öldürülməsindən sonra lideri olmuş 71 yaşlı Ayman Əl-Zəvahiri 31 iyulda dron hücumu ilə öldürülüb.

 

 

SSRİ-nin ilk və son prezidenti Mixail Qorbaçov avqustun 31-də 91 yaşında dünyasını dəyişib.

 

 

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası 96 yaşlı II Elizabet sentyabrın 8-də həyatla vidalaşıb.

 

 

Dünya şöhrətli rep ifaçısı Kulio 28 sentyabrda 59 yaşında dünyasını dəyişib.

 

 

Rotşildlər sülaləsinin nümayəndəsi, məşhur maliyyəçi Evelin de Rotşild 7 noyabrda 91 yaşında son mənzilə yola salınıb.

 

 

Dünya futbolunun əfsanəsi, üçqat dünya çempionu, 82 yaşlı Pele 29 dekabrda dünyasını dəyişib. Onun xərçəng xəstəliyindən öldüyü bildirilir.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər