Modern.az

Çavuşoğlu Yeni ili Braziliyada keçirəcək - SƏBƏB

Çavuşoğlu Yeni ili Braziliyada keçirəcək - SƏBƏB

Dünya

30 Dekabr 2022, 11:10

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Braziliyaya səfər edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN-in rəsmi saytında məlumat yayılıb.

 

Bildirilib ki, səfər 1 yanvar 2023-cü ildə baş tutacaq.

 

Çavuşoğlunun Braziliyanın yeni seçilmiş prezidenti Luiz Lula da Silvanın andiçmə mərasimində iştirak etmək məqsədilə bu ölkəyə gedəcəyi bildirilib.

 

Həmçinin qeyd olunub ki, türkiyəli nazir Braziliyada bu ölkənin rəsmi şəxsləri, eləcə də mərasimdə digər ölkələri təmsil edən həmkarları ilə görüşlər keçirəcək.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər