Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə təcavüzü barədə yeni fikirlər bildirib.
Modern.az xəbər verir ki, bu barədə Zelenski "Telegram" kanalında yazıb.
"Biz Ukrayna üçün savaşırıq, Avropa və demokratik dünyanı birləşdirən dəyərlər üçün, həyatın bəşəri dəyəri üçün mübarizə aparırıq. Terrorçu dövlətin dağıtmaq istədiyi hər şey üçün döyüşürük. Bu asan deyil, çox çətindir. Amma mən əminəm ki, biz üstün gələcəyik. Rusiya təcavüzü iflasa uğrayacaq və bununla dünyadakı başqa potensial təcavüzkarlar da rusizmin etdiklərini təkrarlamağa cürət göstərməyəcəklər", - deyə Ukrayna prezidenti qeyd edib.
Xatırladaq ki, bu ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.