Modern.az

Bu ölkə bütün pandemiya məhdudiyyətlərini LƏĞV ETDİ

Bu ölkə bütün pandemiya məhdudiyyətlərini LƏĞV ETDİ

Dünya

30 Dekabr 2022, 12:24

İndoneziya prezidenti Coko Vidodo COVID-19 pandemiyası ilə əlaqədar ölkədə daha əvvəl ictimai fəaliyyətə qoyulan bütün məhdudiyyətlərin götürüldüyünü elan edib.


Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, İndoneziyada COVID-19 pandemiyası nəzarət altında saxlanıldığından hər 1 milyon nəfərə gündəlik 1,7 yoluxma halı var.

Prezident Vidodo deyib ki, 10 aylıq müzakirələrdən sonra ölkə hakimiyyəti bütün ictimai məhdudiyyətləri tamamilə aradan qaldırmaq qərarına gəlib.


Vidodo, 13 aprel 2020-ci ildə COVID-19 pandemiyasını "milli fəlakət" elan etmişdi.

İndoneziyada iki il ərzində təxminən 7 milyon koronavirus hadisəsi qeydə alınıb. Ümumilikdə 160 583 nəfər xəstəlikdən dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər