Modern.az

Çinlə hərbi əməkdaşlıq gücləndiriləcək - Putin

Çinlə hərbi əməkdaşlıq gücləndiriləcək - Putin

Dünya

30 Dekabr 2022, 13:06

Rusiya prezidenti Vladimir Putin və Çin lideri Si Tsinpin arasında videoformatda görüş keçirilib.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, görüş zamanı Putin Çin-Rusiya münasibətlərinin inkişafından danışıb.

 

"Geosiyasi gərginliyin artdığı vaxtda Rusiya və Çin arasında tərəfdaşlığın möhkəmləndirilməsi stabilləşdirici faktor kimi böyük önəm kəsb edir. Çin və Rusiya arasında hərbi sahədə əməkdaşlıq gücləndiriləcək. Rusiya-Çin münasibətləri bütün tarixi boyu ən yaxşı dövrünü yaşayır", - deyə Putin qeyd edib.

 

Rusiya prezidenti bildirib ki, 2023-cü ildə Çin lideri ilə üzbəüz görüşəcəyinə ümid edir. O, həmkarını Moskvaya rəsmi səfərə dəvət edib.

 

Putin, həmçinin iki ölkə arasındakı iqtisadi əlaqələrin səviyyəsindən məmnunluğunu ifadə edib.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər