Türkiyədə antiterror əməliyyatı keçirilib.
Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, əməliyyat İstanbul vilayətində keçirilib.
Ümumilikdə vilayətin 7 rayonunu əhatə edən əməliyyatda 25 müxtəlif ünvana eyni vaxtda basqın edilib. Nəticədə İŞİD, HTŞ və Əl Qaidə terror təşkilatına mənsub olan 17 terrorçu saxlanılıb.
Hazırda saxlanılanlarla bağlı araşdırmaların aparıldığı bildirilib.