Modern.az

Ukraynada yüksək vəzifəli Rusiya rəsmisi ölüb

Ukraynada yüksək vəzifəli Rusiya rəsmisi ölüb

30 Dekabr 2022, 16:45

Ukraynanın Donetsk vilayəti ərazisində Rusiyanın yüksək vəzifəli rəsmisi ölüb.

 

Modern.az "NEXTA"ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

 

Belə ki, Rusiya Federasiyası İstintaq Komitəsinin əməkdaşı Yevgeni Rıbinkov Donbasda döyüş şəraitində həyatını itirib. Məlumata görə, Rıbinkov İstintaq Komitəsinin nəzarət-istintaq şöbəsində yüksək vəzifə tutub.

 

Hadisənin təfərrüatları açıqlanmayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?