Modern.az

Aİ Moldovaya 250 milyon avro verəcək 

Aİ Moldovaya 250 milyon avro verəcək 

31 Dekabr 2022, 22:15

Avropa İttifaqı (Aİ) 2023-cü ildə Moldovaya 250 milyon avro maliyyə yardımı ayırmağa hazırlaşır.

 

Modern.az xəbər verir ki, bu barədə Aİ-nin Kişinyovdakı nümayəndəliyi məlumat yayıb.

 

“Biz Aİ-nin Moldovanın avropayönümlü istəklərini dəstəkləməyə davam etmək niyyətini təsdiqləyən daha bir ili problemlər və uğurlarla başa vururuq. Növbəti dövrdə Aİ Moldovaya 250 milyon avro məbləğində maliyyə dəstəyi verəcək”, - diplomatik departamentin məlumatında deyilir.

 

Açıqlamada qeyd olunub ki, Aİ Moldovada enerji, nəqliyyat və tibb sahələrinə ən azı 150 milyon avro sərmayə qoymağa hazırlaşır.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər