Rusiya ordusu Yeni il axşamı Ukraynaya genişmiqyaslı hücum edib. Kiyevdə hava hücumundan müdafiə sistemi işə salınıb.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bununla bərabər əks-cavab nəticəsində Ukrayna müdafiəçiləri ötən sutka Rusiyanın İran istehsalı olan 13 “Şahed-136” PUA-sını məhv edib.
Məlumata görə, ötən gecə Rusiya qoşunları Ukraynaya 31 raket və 12 aviasiya zərbəsi endirib. Eyni zamanda reaktiv yaylım atəş sistemi ilə 70-dən artıq atəş açılıb.