Modern.az

Prezidentin andiçmə mərasiminə partlayıcı gətirdi

Prezidentin andiçmə mərasiminə partlayıcı gətirdi

Dünya

1 Yanvar 2023, 23:33

Braziliya polisi ölkənin yeni prezidenti Luiz İnasio Lula da Silvanın andiçmə mərasiminə bıçaq və partlayıcı qurğu ilə gizlicə girməyə cəhd edən naməlum şəxsi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Reuters” Braziliya hərbi polisinə istinadən məlumat yayıb.

 

Polis hadisənin təfərrüatlarını açıqlamayıb. Naməlum şəxsin Rio-de-Janeyrodan gəldiyi bildirilir.

 

Qeyd edək ki, inauqurasiya mərasimində 300 minə yaxın insan iştirak edib.

 

Braziliyada prezident seçkiləri 2022-ci ilin oktyabrında keçirilib. Luiz İnasio Lula da Silva 50,9% səslə qalib gəlib. 

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?