Modern.az

Papa VI Benediktlə vida mərasimi keçirilir - FOTOLAR 

Papa VI Benediktlə vida mərasimi keçirilir - FOTOLAR 

2 Yanvar 2023, 13:48

Vatikanın Müqəddəs Pyotr Bazilikasında Papa XVI Benediktlə vida mərasimi başlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın "Corriere della Sera" qəzeti məlumat yayıb.

 

Papanın cəsədi bazilikanın mərkəzində tabutsuz sərgilənir, o, qırmızı paltar geyinir və əlində təsbeh (dua üçün təsbeh) tutur.

 

Səhər saatlarından mərhumla vidalaşmaq istəyənlər növbəyə düzülüb. Vida mərasimi ümumilikdə üç gün davam edəcək. Bu gün, yanvarın 2-də İtaliyanın baş naziri Corc Meloni də mərasimdə iştirak edib. Dəfn mərasimi yanvarın 5-də baş tutacaq. Mərasimə 60 minə yaxın insanın qatılacağı gözlənilir.

 

XVI Benedikt dekabrın 31-də 95 yaşında vəfat edib. 

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər