Donetskin Makeyevka şəhərinə zərbələr nəticəsində Rusiya ordusunun 63 hərbçisi ölüb.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbənin HIMARS raket sistemləri ilə endirildiyi bildirilir. Ümumilikdə əraziyə 6 raket dəyib.
Nazirlik iki raketin Rusiya hava hücumundan müdafiə sistemləri tərəfindən vurulduğunu qeyd edib.