Modern.az

Pele ilə vida mərasimi keçirilir - FOTOLAR

Pele ilə vida mərasimi keçirilir - FOTOLAR

2 Yanvar 2023, 19:56

Braziliyanın “Santos” stadionunda ölkənin ən məşhur futbolçusu, "futbol kralı" Pele ilə vida mərasimi keçirilir.

 

Modern.az xəbər verir ki, üçqat dünya çempionu ilə vidalaşmaq istəyən çox sayda insan stadionun ətrafında sıxlıq yaradıb.

 

Arenaya bitişik bütün küçə və yollar hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən nəzarətə alınıb, stadion və ətrafda yerli, eləcə də xarici telekanalların çəkiliş qrupları işləyir.

 

Qeyd edək ki, Braziliyada “futbol kralı”nın şərəfinə üç günlük matəm elan edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?