Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Lyayen özünün "Twitter" hesabında məlumat yayıb.
O qeyd edib ki, Ukrayna xalqına səmimi dəstəyini və 2023-cü il üçün ən xoş arzularını çatdırıb.
" Aİ nə qədər lazımdırsa, o qədər dəstəkləyəcək. Biz sizin qəhrəmanlıq mübarizənizi dəstəkləyirik", - Aİ rəsmisi bildirib.
Lyayen Avropa İttifaqının qış aylarında Ukraynanı generatorlar, işıq lampaları, sığınacaqlar və məktəb avtobusları, eləcə də maliyyə dəstəyi ilə təchiz edəcəklərini vurğulayıb.