Meksikanın şimalındakı Çihuahua ştatında yerləşən 3 saylı həbsxanaya silahlı hücum nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
Modern.az xəbər verir ki, hücum zamanı 20-dən çox məhbus həbsxanadan qaçıb.
Məlumata görə, ölən şəxslərdən 10-u gözətçi, 7-si isə məhbusdur. Həbsxananın daha 3 əməkdaşı və 10 məhkum yaralanıb.
Hüquq-mühafizə orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. İndiyədək hücumu təşkil etməkdə şübhəli bilinən 5 nəfər saxlanılıb.