Modern.az

Rusiya PUA-larla yeni hücuma hazırlaşır - Zelenski 

Rusiya PUA-larla yeni hücuma hazırlaşır - Zelenski 

Dünya

3 Yanvar 2023, 00:15

Rusiya Ukraynanı "tükəndirmək" üçün İran pilotsuz uçuş aparatları ilə uzunmüddətli hücum kampaniyası planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

 

O, Rusiyanın insanları, Ukrayna ordusunun zenit sistemlərini, enerjisini tükəndirmək istədiyini deyib.

 

"Rusiyanın "Şahed"lərdən (İran istehsalı pilotsuz uçuş aparatları - red.) istifadə edərək uzunmüddətli hücum planlaşdırdığı barədə məlumatımız var", - Zelenski gecə videomüraciətində qeyd edib.

 

O, terrorçuların məqsədinə çatmaması üçün hər şeyin ediləcəyini vurğulayıb.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər