Rusiyanın "Rossotrudniçestvo" qurumu 2023-cü ildə Belarusun müxtəlif regionlarında fəallığını artıracaq.
Modern.az xəbər verir ki, bu barədə "RİA Novosti"yə Rusiyanın Belarusdakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, bu il üçün fəaliyyət planına müxtəlif layihələrinin həyata keçirilməsi daxildir.
“Biz tərəfdaşlarımızın əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu görürük. Ölkələrimizin rifahı üçün həqiqətən yaxşı layihələrin həyata keçirilməsi məqsədilə təşkilati, informasiya və maliyyə cəhətdən kömək edə biləcəyimiz real sahələr mövcuddur”, - deyə qeyd olunub.
Həmçinin vurğulanıb ki, "Rossotrudniçestvo"nun Belarusdakı nümayəndəliyi həmkarlar ittifaqı təşkilatları, könüllülük mərkəzləri, mədəniyyət müəssisələri və kitabxanalarla geniş əlaqələr qurub.
Qeyd edək ki,"Rossotrudniçestvo" Rusiyanın xarici ölkələrdə mədəniyyət və informasiya sahəsində fəaliyyət göstərən dövlət qurumudur.