Modern.az

İranda Fransa vətəndaşları saxlanıldı - Casusluq ittihamı

İranda Fransa vətəndaşları saxlanıldı - Casusluq ittihamı

Dünya

3 Yanvar 2023, 17:06

İranda 2 Fransa vətəndaşı saxlanılıb.

 

Modern.az "Deutsch Welle"yə istinadən xəbər verir ki, bu barədə İranın Ədliyyə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, iki Fransa vətəndaşı casusluqda və ölkənin milli təhlükəsizliyinə qarşı təxribatda ittiham olunaraq saxlanılıb. Onların işinə inqilab məhkəməsi baxacaq. Təqsirləndirilən şəxslərin kimliyi açıqlanmayıb.

 

Fransanın xarici işlər naziri Ketrin Kolonna da İrandakı genişmiqyaslı etirazlar fonunda iki Fransa vətəndaşının saxlanıldığını təsdiqləyib.

 

Qeyd edək ki, İranda daha əvvəl də Avropa ölkələrinin vətəndaşları, o cümlədən turistlər saxlanılıb. İran Ədliyyə Nazirliyinin məlumatına görə, İranda 2022-ci ilin sentyabrında kütləvi etirazlar başlayandan bəri azı 40 əcnəbi vətəndaş saxlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər