Modern.az

Müharibənin ən qızğın mərhələsi başlayır - Ukrayna kəşfiyyatı

Müharibənin ən qızğın mərhələsi başlayır - Ukrayna kəşfiyyatı

Dünya

4 Yanvar 2023, 18:43

Ukraynada hərbi əməliyyatların ən qızğın mərhələsi mart ayında başlayacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov "ABC News"a açıqlamasında bildirib.

 

“Bu, ərazilərin azad edilməsi və Rusiya Federasiyasının son məğlubiyyətidir. Bu, Krımdan Donbasa qədər bütün Ukraynada baş verəcək”, - deyə o qeyd edib.

 

Budanov əlavə edib ki, Ukrayna 1991-ci il sərhədlərinə qayıtmağa çalışacaq. O, həmçinin Rusiya ərazisinə yeni hücumların olacağını istisna etməyib.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?