ABŞ yaxın günlərdə və həftələrdə Kiyevə yeni hərbi yardım göstərmək niyyətindədir.
Modern.az xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Con Kirbi bildirib.
O qeyd edib ki, yeni hərbi yardım paketlərinə HIMARS raket sistemləri da daxil ola bilər.
"Düşünürəm ki, biz bu cür döyüşlərin kifayət qədər uzun müddət davam edəcəyini gözləməliyik, ona görə də biz Ukraynaya təhlükəsizlik yardımı göstərməyə davam edirik", - Kirbi onlayn brifinqdə deyib.
Akif İsmayılov