Modern.az

Türkiyədə beynəlxalq qaz konfransı keçiriləcək 

Türkiyədə beynəlxalq qaz konfransı keçiriləcək 

Dünya

5 Yanvar 2023, 00:27

Fevral ayında Avropaya qaz tədarükçülərinin və istehlakçıların iştirakı ilə İstanbulda beynəlxalq konfrans keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyənin energetika naziri Fatih Dönməz məlumat verib.

 

Konfransda Avropaya təbii qazın nəqli üçün Türkiyə ərazisində enerji mərkəzinin (hab) yaradılması məsələsinin müzakirə ediləcəyi gözlənilir. Onun sözlərinə görə, hab vasitəsilə təkcə Rusiya təbii qazının deyil, Türkiyəyə gələn digər ölkələrin enerji daşıyıcılarının da nəqli planlaşdırılır.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər