Modern.az

Sülh və inkişaf Kəşmir probleminin həllindən keçir - Şərif

Sülh və inkişaf Kəşmir probleminin həllindən keçir - Şərif

Dünya

5 Yanvar 2023, 10:02

Pakistanın baş naziri Şahbaz Şərif dünya ictimaiyyətinin diqqətini Kəşmir probleminə çəkib.

 

Modern.az xəbər verir ki, Şərif bu barədə tviter səhifəsində yazıb.

 

"Cənubi Asiyada sülh və inkişaf Kəşmir münaqişəsinin həlli ilə əlaqəlidir. Bu gün Öz Müqəddəratını Təyin Günündə beynəlxalq ictimaiyyəti kəşmirlilərin öz talelərinə qərar verməsi mövzusunda qanuni hüquqlarının verilməsi ilə bağlı üstünə düşəni etməyə çağırıram", - deyə baş nazir bildirib.

 

Qeyd edək ki, Kəşmir münaqişəsi Hindistan və Pakistanın Britaniya müstəmləkəliyindən çıxmasından bəri yaranıb. Hindistan Cammu və Kəşmir ştatının tərkib hissəsi kimi öz ərazisi sayır. Kəşmirin böyük hissəsi isə Pakistanın nəzarətindədir.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər