Modern.az

Tokayev yanvar hadisələri qurbanlarını məsciddə andı - VİDEO

Tokayev yanvar hadisələri qurbanlarını məsciddə andı - VİDEO

Dünya

5 Yanvar 2023, 10:30

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ötən ilin yanvarında baş verən iğtişaşlar zamanı həlak olan insanların xatirəsini yad edib.

 

Modern.az Qazaxıstan mətbuatına istinadən xəbər verir ki, Tokayev paytaxt Astanadakı Həzrət Sultan Məscidində olub.

 

O, məsciddə yanvar hadisələri qurbanlarını anıb. Bundan əvvəl isə ötən ilin dekabrında Qazaxıstan prezidenti yanvar hadisələri qurbanlarının xatirəsinə həsr olunmuş memorial kompleksin açılışında iştirak etmişdi.

 

Qeyd edək ki, yanvar hadisələri zamanı Qazaxıstanda 238 nəfər həyatını itirmiş, 4 500-dən çox insan müxtəlif dərəcəli xəsarətlər almışdı.

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər