Modern.az

İran kosmik sənayedə sürətli irəliləyişə nail olub - Rəisi

İran kosmik sənayedə sürətli irəliləyişə nail olub - Rəisi

Dünya

5 Yanvar 2023, 10:32

Prezident İbrahim Rəisi İranın kosmik sənayedəki nailiyyətləri haqda danışıb.

Modern.az İran KİV-nə istinadən xəbər verir ki, İbrahim Rəisinin sözlərinə görə, Tehran bu sahədə sürətli irəliləyiş əldə etməklə Qərbin sanksiyaları və təcrid planlarının uğursuzluğunu sübut edib.

Tehranda ölkənin Ali Kosmik Şurasının iclasında çıxış edən prezident qeyd edib ki, İran kosmik gəmilərin buraxılması texnologiyasına nail olan azsaylı ölkələrdən biridir.

“Ölkənin Yerin orbitinə peyklərin yerləşdirilməsi sahəsində gələcək irəliləyişləri İran əleyhinə televiziya və peyk kanallarının yayımı sahəsində düşmənlərin planlarını zərərsizləşdirəcək”.

Rəisi bildirib ki, kosmik sənaye ölkənin sərvətləri arasında olmaqla yanaşı, ölkənin ümumi gücünün artmasına töhfə verəcək.

İranın ilk peyki “Ümid” 2009-cu ildə, “Müşahidə” peyki isə 2011-ci ildə orbitə göndərilib.

2012-ci ildə İran üçüncü yerli istehsalı olan “Navid” peykini orbitə çıxarıb.

2020-ci ilin aprelində ölkə ilk hərbi peykinin orbitə uğurla buraxıldığını elan edib. 2022-ci ilin martında isə Tehran ikinci hərbi peykini kosmosa göndərib.

Həmçinin 2022-ci ilin avqustunda İran yüksək ayırdetmə qabiliyyətinə malik “Xəyyam” peykini orbitə çıxarıb. Peyk “Soyuz 2.1 B” raketindən istifadə etməklə, Moskvanın idarə etdiyi Qazaxıstandakı Baykonur kosmodromundan kosmosa göndərilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər