Modern.az

Qərb ölkələrinin başqa çıxış yolu yoxdur - Volodindən çağırış

Qərb ölkələrinin başqa çıxış yolu yoxdur - Volodindən çağırış

Dünya

5 Yanvar 2023, 10:38

Rusiya parlamentinin spikeri Vyaçeslav Volodin Qərb ölkələrinə çağırış edib.

 

Modern.az "Sputnik"ə istinadən xəbər verir ki, Volodin çıxışı zamanı öz müqəddəratını təyin hüququndan danışıb.

 

"ABŞ, Almaniya və Fransanın Cənubi Osetiya, Abxaziya, Krım, Donetsk və Luqanskın, eləcə də Xerson və Zaporojye vilayətlərinin öz müqəddəratını təyin etməsi ilə razılaşmaqdan başqa çıxış yolu yoxdur", - deyə o bildirib.

 

Spiker Qərb ölkələrinin Kosovanın müstəqilliyini tanımasına diqqət çəkib: "İndi artıq dünya dəyişib və yeni reallıqlar var. BMT nizamnaməsi ilə yanaşı, ayrı-ayrı presedentlər də mühüm rol oynayır".

 

Parlament sədri rəsmi Berlinin Rusiyaya məxsus dondurulmuş pul vəsaitləri ilə bağlı addımlarına adekvat reaksiya verilə biləcəyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər