Modern.az

Türkiyədən qaçmaq istəyən FETÖ-çülər saxlanıldı

Türkiyədən qaçmaq istəyən FETÖ-çülər saxlanıldı

Dünya

5 Yanvar 2023, 11:00

Türkiyədən qanunsuz yollarla Yunanıstana keçməyə cəhd göstərən FETÖ şübhəliləri saxlanılıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə Yunanıstanla həmsərhəd olan Edirne vilayətində baş verib.

 

Məlumata görə, vilayətin Enez rayonu ərazisində qadağan olunmuş hərbi bölgədə Yunanıstana qaçmaq istəyən 3 nəfər saxlanılıb. Araşdırmalar zamanı onlar FETÖ terror təşkilatı ilə əlaqədə şübhəli biliniblər.

 

Hazırda saxlanılan şəxslərlə bağlı araşdırmaların davam etdiyi qeyd olunub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?