Modern.az

Etirazlarda həbs olunan məşhur aktrisa azadlığa çıxdı - FOTO

Etirazlarda həbs olunan məşhur aktrisa azadlığa çıxdı - FOTO

Dünya

5 Yanvar 2023, 11:20

İranda etirazlara görə həbs olunan tanınmış aktrisa Təranə Əlidosti azad olunub.

 

Modern.az xəbər verir ki, bu barədə "Amerikanın Səsi" məlumat yayıb.

 

Bildirilib ki, iranlı aktrisa Təranə Əlidosti Evin həbsxanasından azad edildikdən sonra dostları tərəfindən qarşılanıb. Hakimiyyət İranda hökumət əleyhinə nümayişlərin zorakılıqla yatırılmasını tənqid etdiyinə görə həbs olunan Oskar mükafatına layiq görülmüş filmin tanınmış aktrisasını təxminən üç həftədən sonra azad edib.

 

İranın İSNA xəbər agentliyi rejissor Əsgər Fərhadinin Oskar mükafatı almış "Satıcı" filminin 38 yaşlı ulduzu Təranə Əlidostinin zaminə buraxıldığını bildirib. Onun anası Nadere Hakimelahi daha əvvəl "Instagram" səhifəsində qızının azad ediləcəyini söyləmişdi.

 

Çərşənbə günü Tehrandakı Evin həbsxanasından azad edildikdən sonra Əlidosti əlində gül dəstələrini tutaraq dostları ilə şəkil çəkdirib.

 

Onun işi ilə bağlı əlavə məlumat verilməyib.

 

Xatırladaq ki, ötən ilin sentyabr ayında 22 yaşlı Məhsa Əminin hicab qaydasını pozmaq ittihamı ilə polis tərəfindən saxlanılmasından sonra müəmmalı ölümü İranda böyük etirazlara səbəb olub. Polis gənc qızın ürək çatışmazlığından vəfat etdiyini, ailəsi isə Əmininin heç bir xəstəliyinin olmadığını və döyülərək öldürüldüyünü bəyan edir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər