Modern.az

Gürcüstanın sabiq daxili işlər nazirinə hücum edildi

Gürcüstanın sabiq daxili işlər nazirinə hücum edildi

Dünya

5 Yanvar 2023, 12:02

Gürcüstanın sabiq daxili işlər naziri Vano Merabişviliyə hücum olunub.

 

Modern.az "Sputnik Georgia"ya istinadən xəbər verir ki, ona hücum edən şəxsin kimliyi məlum olub.

 

Belə ki, Georgi Şaraşidze adlı şəxs özü bu barədə danışıb. O bildirib ki, hadisə paytaxt Tbilisidəki apteklərdən birində baş verib. O, insidentin mübahisə zəminində olduğunu deyib.

 

"İlk saniyələrdə Merabişvili qaçıb getdi. Mən məsuliyyətdən yayınmıram və cavab verməyə hazıram", - deyə Şaraşidze bildirib.

 

Hazırda faktla bağlı cinayət işi açılıb.

 

Qeyd edək ki, 2013-cü ilin mayına qədər daxili işlər naziri postunu tutan Merabişvili yeni hakimiyyətin dövründə həbs olunub. O, 2020-ci ildə azadlığa çıxıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər