Modern.az

Ukraynada həyəcan siqnalı - Rusiya şəhərləri bombalayır

Ukraynada həyəcan siqnalı - Rusiya şəhərləri bombalayır

Dünya

5 Yanvar 2023, 12:14

Ukraynanın müxtəlif şəhərlərində həyəcan siqnalı verilib.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, hava hücumları ilə bağlı xəbərdarlıq edilib.

 

Poltava, Çerniqorsk, Dnepropetrovsk, Sumı, Xarkov vilayətləri ərazisində həyəcan siqnalı eşidilib. Rusiyanın aviazərbələri və raket hücumları ilə bağlı məlumatlar var.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər