Moskva və Bütün Rusiyanın patriarxı Kirill pravoslavların Milad bayramını sülh şəraitində qeyd edə bilməsi üçün Ukrayna və Donbasda atəşkəsə çağırıb.
Modern.az xəbər verir ki, din xadiminin mesajı Rus Pravoslav Kilsəsinin saytında dərc olunub.
“Mən, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill, münaqişədə iştirak edən bütün tərəfləri pravoslavların Milad bayramında iştirak edə bilməsi üçün 6 yanvar saat 12.00-dan 7 yanvar 24.00-dək atəşi dayandırmağa və Milad atəşkəsi elan etməyə çağırıram”, - din xadiminin mesajında deyilir.