Modern.az

İrandan Türkiyəyə aparılan 215 kiloqram narkotik ələ keçirildi

İrandan Türkiyəyə aparılan 215 kiloqram narkotik ələ keçirildi

Dünya

5 Yanvar 2023, 13:40

İrandan Türkiyəyə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb.

 

Modern.az "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Türkiyə-İran sərhədində, Van vilayəti ərazisində 215 kiloqram narkotik vasitə ələ keçirilərək götürülüb.

 

Həmçinin 590 sayda müxtəlif dərman preparatlarının da qaçaq yolla ölkəyə gətirilməsinin qarşısı alınıb.

 

"Sərhədlərdə qaçaqmalçılara keçid verilmir", - məlumatda qeyd olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər