Modern.az

Ərdoğan Nobel mükafatına LAYİQDİR

Ərdoğan Nobel mükafatına LAYİQDİR

Dünya

5 Yanvar 2023, 16:40

Pakistan Senatı və Pakistan xalqı adından Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh mükafatına namizədliyi irəli sürülüb. Prezident Ərdoğan Rusiya-Ukrayna müharibəsinin dayandırılması üçün göstərdiyi səylərə görə Nobel Sülh mükafatının namizədliyinə layiq görülüb. 

 

Pakistan Senatının sədri Məhəmməd Sadiq Sancrani deyib ki, Ərdoğan tək başına qlobal fəlakətin qarşısını alıb. Onun sözlərinə görə, Türkiyə lideri “Taxıl dəhlizi” anlaşması ilə bölgəni amansız aclıq təhlükəsindən xilas edilib.   

 

Pakistanlı ekspert Qaiser Nəvvab Modern.az-a açıqlamasında bildirib ki, Ərdoğan əməli fəaliyyəti ilə insanlığa sülh, tolerantlıq və sevgi hisslərini tərənnüm edir, bu səbəbdən onun Pakistan tərəfindən namizədliyinin irəli sürülməsi gözlənilən idi:

 

“Pakistan senatın sədri Sadiq Sancrani Pakistan xalqı adından rəsmi olaraq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Nobel Sülh Mükafatına namizədliyini təqdim edib. Türkiyə Prezidentinin sülh üçün gördüyü işlər göz qabağındadır. Ötən il Rusiya-Ukrayna müharibəsi zamanı Ərdoğanın atəşkəsi təmin etmək və böhranlı vəziyyəti həll etmək üçün gördüyü diplomatik səylər beynəlxalq ictimaiyyət tərəfindən müsbət qarşılanıb. Onun etdiyi səmimi cəhdlər faciəni dayandırmaq, növbəti itkilərin qarşısını almaq və müharibəyə son qoymaq üçündür".

 

 

"Şübhəsiz ki, bu təşəbbüslər böyük hörmətə layiqdir. Razılaşmaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukrayna arasında müharibədə xilaskar rolunu oynayır. Ötən il müharibə olmasına baxmayaraq, taxıl ixracı ilə əlaqədar tərəfləri danışıqlar masasına gətirməyi bacarıb. Türkiyə prezidenti təkcə müharibənin səbəb olduğu dəhşətli aclığın qarşısını almaqla qalmadı, həm də region və yoxsul xalqların maraqlarını qorudu. Bundan əlavə, Türkiyə lideri iki dövlət arasında razılaşma əldə etmək üçün çox fəal şəkildə iş aparır. O, Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib. Onu da bildirim ki, Prezident Ərdoğan dövlət xadimi kimi yorulmadan təkcə öz ölkəsi üçün yox, bütün dünyanın rifah və sülh içində yaşaması üçün çalışır. O, Nobel mükafatına layiqdir”, - deyə pakistanlı ekspert vurğulayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər