Modern.az

Rusiyada bina yandı - 17 nəfər yaralandı

Rusiyada bina yandı - 17 nəfər yaralandı

Dünya

5 Yanvar 2023, 17:42

Rusiya Federasiyasının Çuvaşiya Respublikasında yanğın olub.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, yanğın paytaxt Çeboksarıdakı çoxmərtəbəli binalardan birində baş verib.

 

Hadisə nəticəsində 17 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralananların 8-nin azyaşlı olduğu bildirilib.

 

Xəsarət alanlar dərhal xəstəxanaya çatdırılıb. Hazırda yanğının lokallaşdırıldığı qeyd olunub.

 

Hadisənin səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər