Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə Prezidentinin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı Türkiyənin Ukraynaya humanitar yardımı və enerji dəstəyi, taxıl dəhlizindəki inkişaflar müzakirə edilib.
Ərdoğan Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün köməklik və vasitəçilik vəzifəsini üzərinə götürməyə hazır olduqlarını bildirib.
Əsirlərin dəyişdirilməsi ilə bağlı işlərinin davam etdiyini vurğulayan Türkiyə lideri Zaporojye Atom Elektrik Stansiyasında prosesi sürətləndirmək üçün diplomatik töhfələr verə biləcəyini vurğulayıb.
Akif İsmayılov