Modern.az

ABŞ Ukraynaya tank verməyəcək, ancaq...

ABŞ Ukraynaya tank verməyəcək, ancaq...

Dünya

5 Yanvar 2023, 19:15

ABŞ hələlik Ukraynaya "Abrams" döyüş tanklarını göndərmək niyyətində deyil.

 

Modern.az xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti Ağ Evdəki yüksək vəzifəli rəsmilərə istinadən məlumat yayıb.

 

Rəsmilər tankların göndərilməməsinə səbəb kimi onların həddindən artıq ağır olmasını göstərirlər. Tankların çəkisi 55 tondur və əhəmiyyətli miqdarda yanacaq tələb edən turbin mühərriki ilə işləyir. 

 

Eyni zamanda, ABŞ rəsmiləri qəzetə bildirib ki, "Abrams" tankları xarab olmağa meyillidir və ciddi texniki təcrübə tələb edir.

 

Buna baxmayaraq, ABŞ Ukraynaya zirehli döyüş maşınları verəcək. Yanvarın 4-də ABŞ prezidenti Co Bayden Amerika istehsalı “Bradley” döyüş maşınlarının Ukraynaya təhvil verilməsinin nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala müsbət cavab verib. ABŞ rəsmisi "Bradley"in bu həftə elan ediləcək silah paketinə daxil ola biləcəyini deyib.

 

WP qeyd edir ki, "Bradley" texniki cəhətdən tank olmasa da, Ukrayna quru qüvvələrinə əlavə güc verəcək.

 

Bundan əvvəl Fransa yanvarın 4-də Ukraynaya qeyri-müəyyən sayda yüngül tanklar verəcəyini bəyan edib.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər