Modern.az

“Sputnik”in baş redaktoru HƏBS EDİLDİ 

“Sputnik”in baş redaktoru HƏBS EDİLDİ 

Dünya

5 Yanvar 2023, 19:56

Latviya xüsusi xidmət orqanları "Sputnik Litva" agentliyinin baş redaktoru Marat Kasemi saxlayıb.

 

Modern.az xəbər verir ki, bu barədə agentliyin "Telegram" kanalında məlumat yayılıb.

 

O, Avropa İttifaqının sanksiyalarını pozmaqda və casusluqda şübhəli bilinir.

 

“Yanvarın 5-də məhkəmə iclası keçirilib, orada həbs-qətimkan tədbirinin seçilməsi məsələsinə baxılıb. Kaseminin vəkili onun zaminə buraxılmasında israr etsə də, məhkəmə həbs-qətimkan tədbiri seçilməsinə qərar verib. Bu gün jurnalist artıq Riqa mərkəzi həbsxanasına köçürülüb”, - məlumatda deyilir.

 

Qeyd olunub ki, sanksiyaların pozulması ilə bağlı maddə beş ilədək, casusluğa görə isə 20 ilədək həbs cəzasını nəzərdə tutur.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər