Modern.az

Ukrayna “Milad atəşkəsi” təklifini RƏDD ETDİ

Ukrayna “Milad atəşkəsi” təklifini RƏDD ETDİ

Dünya

5 Yanvar 2023, 22:10

Ukrayna Rusiya ilə “Milad atəşkəsi” barədə danışıqlar aparmayacaq. İşğalçı dövlət ölkəmizin ərazisini tərk etməlidir.

 

Modern.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksey Danilov deyib.

 

"Gəlin praktik dildə danışaq. Onlar bu barışığı kimə təklif edirlər? Özlərinə? Sadə həll yolu var: çamadanlarını götürüb Rusiyaya getsinlər. Onlarla heç bir danışıqlar aparılmır”, - deyə Danilov bildirib.

 

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müdafiə naziri Sergey Şoyquya yanvarın 6-da saat 12:00-dan yanvarın 7-də saat 00:00-dək Ukraynanın bütün təmas xətti boyunca atəşkəs rejiminin tətbiq edilməsi barədə göstəriş verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər