Modern.az

Quterreş Putinin atəşkəs qərarını ALQIŞLADI

Quterreş Putinin atəşkəs qərarını ALQIŞLADI

Dünya

5 Yanvar 2023, 22:54

BMT-nin baş katibi Antonio Quterreş Rusiya və Ukrayna arasında əldə edilən müvəqqəti atəşkəsi alqışlayır.

 

Modern.az xəbər verir ki, bunu baş katibin sözçüsü Stefan Dujarrik deyib.

 

"Tərəflərin bu dövrdə hörmət göstərməsi və düşmənçiliyi dayandırması ehtimalı baş katib tərəfindən müsbət qarşılanır", - BMT rəsmisi bildirib.

 

Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər