Modern.az

Peskov Podolyakın açıqlamasına şübhə ilə yanaşır 

Peskov Podolyakın açıqlamasına şübhə ilə yanaşır 

Dünya

5 Yanvar 2023, 23:16

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyakın bəyanatına münasibət bildirib. 

 

Modern.az xəbər verir ki, Peskov Podolyakın atəşkəs barədə açıqlamasının Ukrayna Prezidenti Volodimir Zelenskinin mövqeyini ifadə etdiyinə şübhə ilə yanaşdığını deyib.

 

"Podolyakın Ukrayna prezidentinin fikrini ifadə edib-etmədiyini mühakimə etmək bizim üçün çətindir", - Putinin mətbuat katibi deyib.

 

Xatırladaq ki, bu gün Prezident Vladimir Putin Rusiya müdafiə naziri Sergey Şoyquya Ukraynada bütün cəbhəboyu atəşin dayandırılması barədə göstəriş verib. Milad bayramı ilə əlaqədar elan edilən atəşkəs rejimi yanvarın 6-ı yerli vaxtla saat 12:00-dan yanvarın 7-i saat 00:00-a qədər qüvvədə olacaq. Podolyak Rusiyanın elan etdiyi atəşkəs rejimini ikiüzlülük adlandırıb.

 

Akif İsmayılov 

Bu xəbər ilə bağlı
Ukraynadan Putinin atəşkəs qərarına REAKSİYA 
Xəbəri oxu
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər