Modern.az

Rusiya KİV: Ərdoğan dünyanın ən uğurlu siyasətçisidir

Rusiya KİV: Ərdoğan dünyanın ən uğurlu siyasətçisidir

Dünya

5 Yanvar 2023, 23:27

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada 2022-ci ilin ən uğurlu siyasətçisi adlandırıla bilər. 

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın nüfuzlu "Kommersant" qəzeti yazıb.

 

Nəşr qeyd edib ki, Rusiyanın Ukraynada hərbi əməliyyatının başlanmasından bəri o, mübahisəsiz vasitəçi statusunu qoruyub saxlayır, bundan həm siyasi, həm də xeyli iqtisadi dividendlər əldə edib.

 

Məqalədə deyilir ki, Ərdoğan uzun müddət həm Rusiya, həm də Qərb üçün unikal tərəfdaşdır.

 

"Məsələn, bundan əvvəl o, NATO müttəfiqlərinin qəzəbinə baxmayaraq, Rusiyanın S-400 raket sistemlərini alıb və rusiyalı həmkarı Vladimir Putinlə Suriyada təsir zonalarını yenidən bölüşdürüb. Paralel olaraq, Türkiyə lideri ABŞ-la F-16 qırıcılarının alınması ilə bağlı danışıqlar aparıb, həmçinin "Bayraktar" PUA-larını Ukraynaya satıb" - deyə məqalədə bildirilir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər