ABŞ Ankaranın tələbilə rəsmi sənədlərdə Türkiyənin ingiliscə yeni yazısı olan “Turkiye”dən istifadə edəcək.
Modern.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Dövlət Departamenti yeni sənədlərdə Türkiyənin “Turkey” deyil, “Turkiye” yazılması barədə göstəriş verib.
Qeyd edək ki, bu addım Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun yanvarın sonuna Vaşinqtona planlaşdırılan səfəri ərəfəsində atılıb. Səfər zamanı Ukrayna böhranı, Finlandiya və İsveçin NATO-ya qəbul edilməsi ilə bağlı rəsmi Ankaranın mövqeyi müzakirə olunacaq.