Modern.az

Nikolayevdə partlayış səsləri eşidildi - Xarkovda həyəcan siqnalı

Nikolayevdə partlayış səsləri eşidildi - Xarkovda həyəcan siqnalı

Dünya

9 Yanvar 2023, 17:10

Ukraynanın Nikolayev vilayətində partlayış səslərinin eşidilməsi barədə məlumatlar var.

 

Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, səslər vilayətin müxtəlif bölgələrində eşidilib.

 

Səslərin Rusiya qüvvələrinin aviazərbələri və raket hücumu səbəbindən gəldiyi ehtimal edilir.

 

Həmçinin bildirilib ki, Xarkov vilayətində hava hücumu ilə əlaqədar həyəcan siqnalı verilib.

 

Xatırladaq ki, ötən ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərini, habelə qondarma "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər